Вернуться назад Распечатать

Metroda nasazlıq yaranıb, sərnişinlər qatardan düşürülüb

Bakı metrosunda “yaşıl xətt” - “Əhmədli-Dərnəgül” marşrutu üzrə hərəkət edən qatar “28 may” stansiyasında ikən maşinist nasazlıq ehtimalı ilə qatara sərnişinsiz baxış keçirilməsini tələb edib.

1xeber.media Report-a istinadən xəbər verir ki, verilən məlumata görə, sərnişinlər "28 May" stansiyasında qatardan düşürülüb.

Qatara texniki baxış keçiriləcək.