Fransa Avropa İttifaqı (Aİ) tərəfdaşları ilə birlikdə Rusiyaya təzyiqləri artıracaq.
1xeber.media xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron oktyabrın 23-də Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşündən sonra bildirib.
"Biz Moskvaya təzyiqi artırmaqda qərarlıyıq", - Makron sosial mediadakı X səhifəsində (keçmiş Twitter) yazıb.
O, əlavə edib ki, Fransa sülhə gedən yol axtarışında Ukraynanı dəstəkləyir və Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini alqışlayır. Makron özünün və Zelenskinin fotosunu da yayımlayıb.