1xeber.media xəbər verir ki, Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriev Florida ştatının Mayami şəhərində ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Vitkoffla görüşəcək.
“ABŞ rəsmisi və planlarla tanış olan mənbənin sözlərinə görə, Rusiya prezidenti Vladimir Putinin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-da səfərdədir və Mayamidə Ağ Evin xüsusi elçisi Stiv Vitkoffla görüşü gözlənilir”, - deyə məlumatda qeyd olunub.
Hazırda Rusiya nümayəndəsinin ABŞ administrasiyasının digər rəsmiləri ilə danışıqlar aparıb-açmayacağı məlum deyil.
CNN daha əvvəl Dmitriyevin ABŞ-a “rəsmi” danışıqlar aparmaq üçün gəldiyini bildirmişdi. Mənbələrin məlumatına görə, onun Vitkoffla görüşü oktyabrın 25-də baş tutacaq.