Вернуться назад Распечатать

Zelenski Böyük Britaniya kralı ilə görüşünün təfərrüatlarını açıqlayıb

Ukrayna prezidenti Vladimir Zelenski Böyük Britaniya kralı III Çarlza göstərdiyi dəstəyə görə təşəkkür edib.

1xeber.media xəbər verir ki, O, bu barədə Telegram-da yazıb.

"Xalqımızın sarsılmaz dəstəyinə, Ukraynaya dəstək və ölkəmiz üçün sülhün əldə edilməsinə dair güclü ictimai çağırışlarınıza görə Əlahəzrətə və bütün Böyük Britaniyaya təşəkkür edirəm" dedi.