Вернуться назад Распечатать

İcra başçısı “Hadi İnşaat” şirkəti ilə necə anlaşdı?

Zərdab Şəhər İcra Hakimiyyəti başçısının Zərdab şəhəri üzrə Nümayəndəliyi “Hadi İnşaat” şirkəti ilə satınalma müqaviləsi imzalayacaq.

1xeber.media  Qaynarinfo-a istinadən xəbər verir ki, şirkət qurumun Zərdab şəhərində abadlıq işlə bağlı keçirdiyi tenderin qalibi seçilib. Abadlıq işlərinə görə “Hadi İnşaat” şirkətinə 467 296,46 manat ödəniləcək.
İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatraından aydın olur ki, “Hadi İnşaat” MMC 28 fevral 2023-cü ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 20 manatdır. Şirkətin hüquqi ünvanı Şabran rayonu, Dağ Bilici kəndində yerləşir. MMC-nin qanuni təmsilçisi Nəsirli Əminə İlham qızıdır. Ondan əvvəl şirkətin qanuni təmsilçisi Cumayev Fuad Tahir oğlu olub. Bu şəxslər haqqında açıq mənbələrdə heç bir məlumata rast gəlinmir. “Hadi İnşaat” MMC barəsində hər hansı məlumat yoxdur.
Dövlət satınalmalarının vahid elektron portalı üzərindən apardığımı araşdırma zamanı məlum olub ki, “Hadi İnşaat” MMC bu tenderlə cari ilin oktyabr ayında qazandığı satınalma müsabiqələrin sayını üçə çatdırıb.
Şirkət bundan əvvl Neftçala Rayon İcra Hakimiyyətinin Neftçala rayonunda daxili yolların əsaslı təmiri işlərinin, büdcədənkənar vəsait hesabına daxili yollarının əsaslı təmir işlərinin və mənzil fondunun əsaslı təmir işlərinin satın alınması bağlı keçirdiyi tenderin qalibi olub. Bu tender üzrə satınalma müqaviləsinin maliyyə dəyəri 897 379,79 manatdır.
Bundan başqa, şirkət Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamentinin keçirdiyi tenderdə qalib seçilib. Bakı şəhəri və Biləsuvar rayonlarında salınmış məcburi köçkün qəsəbələrində yerləşən mənzillərin, fərdi yaşayış evlərinin, binaların dam örtüyünün və qəsəbədaxili çınqıl yolun təmiri ilə bağlı keçirilən bu tender üzrə “Hadi İnşaat” MMC-nin qiymət təklifi 1 414 462,81 manat olub.
Beləliklə, adı heç yerdə olmayan, maddi-texniki bazasının eyni vatxda bir neçə layihəni icra etməyə yetərli olub-olmadığı bilinməyən “Hadi İnşaat” MMC 1 ayda 2 779 139,06 manatlıq sifariş alıb.