Вернуться назад Распечатать

"La Marine" restoranı cərimələndi: İcazəsiz reklam yerləşdirib

Bakı şəhəri (Şıxov), Salyan şosesində yerləşən məşhur "La Marine" restoranı cərimələnib. 

1xeber.media Qaynarinfo-ya istinadən xəbər verir ki, Dövlət Reklam Agentliyinin Bakı şəhəri Reklam İdarəsi tərəfindən "La Marine" restoranı barəsində İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib. 
Məlum olub ki, "La Marine" restoranın rəhbərliyi reklam haqqında icazələrin şərtlərini pozaraq obeyktin üzərində müvafiq icazə olmadan 2 ədəd reklam yerləşdirib. 
Məhkəmənin hökmü ilə "La Marine"nin rəhbərliyi İnzibati Xətalar Məcəlləsinin 428.7.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinib və 1500 manat məbləğində cərimə edilib.