ABŞ Prezidenti Donald Tramp Asiyaya 5 günlük səfərə yola düşüb.
1xeber.media xəbər verir ki, səfər çərçivəsində o, Malayziya, Yaponiya və Cənubi Koreyada görüşlər keçirəcək.
Beş günlük səfər çərçivəsində Asiya ölkələri ilə ticarət sazişlərinin müzakirə olunması gözlənilir.
Trampın oktyabrın 30-da Cənubi Koreyada Çin Sədri Si Cinpin ilə ikitərəfli görüşü də planlaşdırılır.
Qeyd edək ki, bu, onun regiona ilk, həmçinin ikinci prezidentlik dövründə ən uzunmüddətli səfəridir.