Вернуться назад Распечатать

Azərbaycan Rusiya məhsullarının öz ərazisindən Ermənistana tranzitinə icazə verdi

Azərbaycan öz ərazisindən Rusiyadan Ermənistana malların tranzitinə icazə verməyə hazır olduğunu təsdiqləyib.

1xeber.media  xəbər verir ki, bunu Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Malayziyanın paytaxtı Kuala-Lumpurda ASEAN tədbirləri çərçivəsində jurnalistlərə açıqlamasında deyib.

Overçukun sözlərinə görə, iki gün əvvəl Azərbaycan tərəfi öz dəmir yollarından istifadə etməklə Rusiyadan Ermənistana məhsul tranzitinə razılıq verdiyini bildirib.

“İki gün əvvəl Azərbaycan tərəfi Rusiyadan Ermənistana məhsulların tranziti üçün öz dəmir yollarının istifadəsinə razılıq verdiyini təsdiqlədi. Bu istiqamətdə artıq mühüm irəliləyişlər var. Hazırda “Rusiya Dəmir Yolları” regional tərəfdaşlarla birlikdə təşkilati məsələləri müzakirə edir. Kənd Təsərrüfatı Nazirliyinə də yeni logistika marşrutunun işlənməsi ilə bağlı göstəriş verilib”, – deyə Overçuk qeyd edib.