Tanınmış jurnalist Aleks Xristoforu Rusiya prezidenti Vladimir Putinin ən yeni “Burevestnik” raketinin sınaqlarının başa çatdığını elan etməsindən sonra NATO-nun baş katibi Mark Ruttenin bəyanatını ələ salıb.
1xeber.media xəbər verir ki, bu barədə o, X sosial media hesabında yazıb.
O, NATO liderinin Rusiyanın guya “pul və qoşunlarının tükənməsi” ilə bağlı bəyanatını nəzərdə tuturdu.
"NATO-nun baş katibi Rutte: Putinin pulu, qoşunu və ideyaları tükənir. Putin "Burevestnik"lə cavab verir", - kiprli analitik öz postunda yazıb.
Əvvəllər bildirilirdi ki, “Burevestnik” raketi hədəfinə çatana qədər bir neçə gün havada qala bilir.