Zərdab rayonunda ölümlə nəticələnən yol qəzası olub.
1xeber.media xəbər verir ki, hadisə bu gün gündüz saatlarında Zərdab- Ağcabədi avtomobil yolunda baş verib.
"VAZ 21099" markalı minik maşını ilə "Range Rover" markalı maşın toqquşub. Nəticədə "VAZ"-ın sürücüsü Azər Abdullazadə həyatını itirib.
Rayon polis şöbəsinin əməkdaşları araşdırma aparır.