Almaniyanın Dortmund şəhərində türk cütlüyün toy məclisinə polis basqın edib.
1xeber.media xəbər verir ki, Türkiyə mediasına istinadən xəbər verir ki, iddiaya görə, bəy əvvəllər sahib olduğu şirkəti batırıb və Almaniya hökumətinə külli miqdarda vergi borcu qalıb.
Bildirilib ki, həmin şəxs bu borcu müntəzəm olaraq hissə-hissə ödəyirmiş, lakin Almaniya vergi idarəsi borcu bütövlüklə bağlamaq üçün bu addımı atıb.
Belə ki, polis əməkdaşları toy salonuna daxil olaraq, mərasimdə bəy-gəlinə verilən bütün qızıl-zinət əşyalarını və pul hədiyyələrini qeydiyyata alıb. Daha sonra vergi borcunun ödənilməsi məqsədilə onlara əl qoyub.
Hadisə zalda böyük ajiotaja səbəb olub.