Вернуться назад Распечатать

Moskva meri paytaxta doğru uçan PUA-nın məhv edildiyini açıqlayıb

1xeber.media xəbər verir ki, Moskva meri Sergey Sobyanin oktyabrın 26-da hava hücumundan müdafiə qüvvələrinin Moskvaya doğru uçan pilotsuz uçuş aparatını (PUA) vurduğunu açıqlayıb.

"Müdafiə Nazirliyinin hava hücumundan müdafiə qüvvələri Moskvaya doğru uçan pilotsuz uçan aparatı vurub. Qəza yerində fövqəladə xidmətlər işləyir", - o, Telegram kanalında yazıb.