Ermənistanın Gümrü şəhərinin meri Vardan Qukasyana Rusiya ilə ittifaqın yaradılması zərurətindən danışdığına görə ittiham irəli sürülüb.
1xeber.media xəbər verir ki, bu barədə onun vəkili Zaruhi Postancyan Facebook-da məlumat verib.
Onun sözlərinə görə, Qukasyanın bəyanatı Ermənistanın suverenliyindən imtinaya çağırış kimi şərh edilib. Postancyan vəziyyəti siyasi təqib adlandırıb. Hüquqşünas əmin edib ki, mer dəfələrlə vurğulayıb ki, onun təklifi yalnız Ermənistanın müstəqil dövlətçiliyinin qorunub saxlanması şərtilə həyata keçirilə bilər.
Postancyan Qukasyanın hüquqlarını müdafiə etmək niyyətindədir və ədaləti bərpa etməyə çalışır.
Gümrü şəhərinin meri 10 min dollar rüşvət almaqda ittiham olunur. Onun vəkili Zaruhi Postancyan təhlükəsizlik qüvvələrinin ona qarşı qeyri-insani rəftarını belə izah edib: Qukasyana şəkərli diabet olmasına baxmayaraq, iki gün dalbadal yemək verilməyib.