Sabunçu rayonunun Bakıxanov qəsəbəsində AYNA tərəfindən iki zolaqlı yolun bir zolağı ödənişli parkinq üçün ayrılıb.
1xeber.media xəbər verir ki, əraziyə yeni xətt çəkilərək avtomobillərin dayanması üçün nişanlar quraşdırılıb.
Sakinlərin sözlərinə görə, əvvəllər bu yolda nəqliyyat sıxlığı müşahidə olunmasa da, parkinq zolağının yaradılmasından sonra hər gün tıxac yaranır. Xüsusilə səhər və axşam saatlarında avtomobillərin hərəkəti xeyli çətinləşib.
Vətəndaşlar hesab edirlər ki, bu addım ərazidəki nəqliyyat axınına mənfi təsir göstərir və parkinq zonası ləğv edilməlidir. Onların fikrincə, yolun bir zolağının ödənişli dayanacağa çevrilməsi Bakıxanovda tıxac problemini daha da dərinləşdirib.

