Вернуться назад Распечатать

Azərbaycan maşınları indindən ərazimizdən keçə bilər - Paşinyan

Bu gündən etibarən Ermənistan yük maşınlarının Marqara-Yeqnadzor-Sisian-Qoris marşrutu ilə Türkiyədən Azərbaycana və geriyə tranzitini təmin etməyə hazırdır.

1xeber.media  armenpress-ə istinadla xəbər verir ki, bunu Ermənistan parlamentinin baş naziri Nikol Paşinyan bildirib.

"Türkiyədən yük maşınının Azərbaycana daxil olmaq üçün Marqara keçid məntəqəsindən istifadə edəcəyini güman etsək, bunu indidən təmin edə bilərik. Qoris və Kornidzor istiqamətində yollarımız yaxşı vəziyyətdədir. Bilirsiniz ki, Kornidzorda müəyyən infrastrukturumuz var və oradan xidmət göstərə bilərik, o cümlədən əks istiqamətdə.

Başqa sözlə, əgər Azərbaycanın yük maşını Türkiyəyə daxil olmaq üçün Kornidzora gəlib çıxsa, nazir bunu indi edə bilərik", - Nikol Paşinyan qeyd edib.

"Bu, Azərbaycana qarşı atılan qarşılıqlı addımdır. “Azərbaycan bizim üçün tranzit məhdudiyyətlərini qaldırdığı kimi, biz də tranzit məhdudiyyətlərini qaldırırıq”, - Paşinyan əlavə edib.