Milli Məclisin deputatı Anar Məmmədov Tərtər rayonu Kəngərli kəndində şəhid ailələrini ziyarət edib.
1xeber.media xəbər verir ki, Anar Məmmədov əvvəlcə birinci Qarabağ müharibəsi və Vətən müharibəsində şəhid olmuş kənd sakinlərinin xatirəsinə ucaldılan Şəhidlər abidəsini ziyarət edib, əziz şəhidlərimizin ruhunu ehtiramla yad edib.
Ziyarətdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, şəhid ailələrinin üzvləri, qazilər və ağsaqqallar iştirak edib.
Anar Məmmədov şəhid ailələri ilə görüş zamanı qeyd edib ki, canlarını fəda edən igidlərimizin qəhrəmanlıqları heç vaxt unudulmayacaq. Dövlətimiz və xalqımız hər zaman onların müqəddəs xatirəsini yaşadacaq. Prezident İlham Əliyevin şəhid ailələrinə göstərdiyi diqqət və qayğısından söz açan deputat, əlavə olaraq bildirib ki, şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində bundan sonra da geniş tədbirlər görüləcək.
Daha sonra milllət vəkili Kəngərli kəndindən olan şəhid Məmmədov Səbuhi Zahid oğlunun ailəsində olub, şəhidin ailə üzvlərinə başsağlığı verib, onların problemləri ilə maraqlanıb.
![]()
![]()
![]()
![]()
![]()
