Вернуться назад Распечатать

Avropa Komissiyası ABŞ-ın anti-Rusiya sanksiyalarının Aİ ölkələrinə mənfi təsiri barədə xəbərdarlıq edib

1xeber.media xəbər verir ki, Avropa Komissiyasının (AK) sözçüsü Anna-Kaisa İtkonen RİA Novosti-nin verdiyi məlumata görə, ABŞ-ın Rusiyanın neft sektoruna, o cümlədən “Lukoyl”a qarşı sanksiyaları bir sıra Avropa İttifaqı (Aİ) ölkələrinə mənfi təsir göstərə bilər.

“Aydındır ki, bu sanksiyalar mənfi təsir göstərə bilər.

AK sözçünün sözlərinə görə, qurum bu cür təsirin qarşısını almaq üçün Aİ-yə üzv dövlətlərlə daim əlaqə saxlayır.

Bununla belə, o vurğulayıb ki, AK hələlik heç bir mənfi təsir müşahidə etməyib.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı əlavə sanksiyaların tətbiqi ehtimalını inkar etməmişdi. O, məsələ ilə bağlı qərarını açıqlayacağını qeyd edib.