Вернуться назад Распечатать

"Yeventus" baş məşqçisini istefaya göndərdi

"Yuventus" rəhbərliyi son uğursuz nəticələrdən sonra əsas komandanın baş məşqçisi İqor Tudoru istefaya göndərib.

1xeber.media xəbər verir ki, bu barədə Turin klubu rəsmi məlumat yayıb.

47 yaşlı mütəxəssis 2025-ci il martın 23-dən "Yuve"yə rəhbərlik edirdi. İyunun 13-də Turin klubu xorvatiyalı ilə müqaviləni 2027-ci ilin iyunun sonuna qədər uzadıb və ona daha bir mövsüm üçün də seçim etmək imkanı verib.

Komanda onun rəhbərliyi altında keçirdiyi 24 oyunda 10 qələbə qazanıb, 8 heç-heçə edib və 6 məğlubiyyətlə üzləşib.

"Yuventus"u müvəqqəti olaraq komandanın gənclərdən ibarət komandasının məşqçisi Massimo Brambilla çalışdıracaq.

Xatırladaq ki, bu mövsüm A Seriyasında səkkiz turdan sonra "Qoca sinyora" 12 xal toplayıb və 8-cı sıradadır.