Rusiya prezidenti Vladimir Putin Moskvada Şimali Koreyanın xarici işlər naziri Çoi Son Hui ilə görüşüb.
1xeber.media xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti Telegram kanalında məlumat yayıb.
Mətbuat xidmətinin məlumatına görə, Putin Şimali Koreyanın xarici işlər nazirindən Şimali Koreya lideri Kim Çen Ina ən xoş arzularını çatdırmağı xahiş edib. Putin Moskva ilə Pxenyan arasında münasibətlərin vəziyyətini “hər şey plan üzrə gedir” ifadəsi ilə qiymətləndirib.
Rusiya lideri Kim Çen In ilə Çində apardığı danışıqları xatırladaraq, “Pekində münasibətlərimiz və inkişaf perspektivlərimiz barədə ətraflı müzakirələr apardıq” deyə əlavə edib.
Bundan əvvəl Çoi Son-hui Rusiyanın xarici işlər naziri Sergey Lavrovla danışıqlar aparıb.