"Fənərbağça"nın keçmiş prezidenti Ali Koçun İspaniyanın məşhur futbol klubu "Sevilya"nı satın alacağı iddia olunub.
Klubun sahibləri Del Nido ailəsindəki münaqişədən fürsət tapan Ali Koçun bu addımı gözlənilir.
Klubun səhmlərinin əksəriyyətini almaq üçün hər səhmə 2400 avro təklif edilib. İspaniyanın Əndəlüs bölgəsinin ən güclü komandası olan "Sevilya"nı yaxından izləyən media mənsubları türk investoru müzakirə edirlər.
Onun birbaşa adını çəkə bilməsələr də, Del Nido ailəsi ilə danışıqlarda iş adamı ilə bağlı qiymətləndirmələri keçmiş "Fənərbağça" prezidentinə işarə edir./Milli.az/