Ötən gün Zərdabda bir nəfərin ölümü ilə nəticələnən qəzadan sonra açıqlama verən “Range Rover”in sahibi üzr istəyib.
1xeber.media “Qafqazinfo”-ya istinadən xəbər verir ki, sürücü qəzada həlak olan şəxsin yaxınlarına üz tutaraq dediyi ifadələrin səhv anlaşıldığını bildirib:
“Hamının başına gələ bilər. Burada insan həyatı həll olub. Mən istəyərdim ki, kimsə həyatdan köçsün? Valideynlərindən üzr istəyirəm. Hər şey Allaha məxsusdur. O rəhmətlik bilsə belə hadisə olacaq, o da mən də bu yola çıxmazdıq. Mən o səviyyənin yiyəsi deyiləm. Mən elə bilirəm ki, qardaşım, bacım balasıdır. Biz kimdənsə nə artığıq, nə də əksik”.
Xatırladaq ki, ötən gün baş verən ağır qəzadan sonra “VAZ 21099”un sürücüsü Azər Abdullazadə həlak olub.
Hadisədən sonra “Range Rover”in sahibinin müsahibəsi cəmiyyət tərəfindən birmənalı qəbul edilməmişdi.