1xeber.media xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyindən verilən məlumata görə, danışıqlar zamanı Rusiyanın xarici işlər naziri Sergey Lavrov və Şimali Koreyanın xarici işlər naziri Ço Son-hui beynəlxalq vəziyyəti müzakirə edib və ABŞ və müttəfiqlərinin təcavüzkar hərəkətlərinin beynəlxalq gərginliyin artmasına səbəb olması barədə ortaq fikir bildiriblər.
Rusiya Xarici İşlər Nazirliyi görüşü yekunlaşdıraraq qeyd edib ki, nazirlər “Pxenyan Zirvə görüşündən sonra iki ölkə liderləri [Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreyanın sədri Kim Çen In] tərəfindən imzalanmış Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsinin müddəalarının həyata keçirilməsinə” dair qəti öhdəliklərini təsdiqləyiblər.
Rusiya tərəfi həmçinin KXDR rəhbərliyinin “ölkənin suverenliyini qorumaq və təhlükəsizliyini təmin etmək üçün” həyata keçirdiyi tədbirləri tam dəstəklədiyini bildirib.
Rani Ço Son-hui Rusiya prezidenti Vladimir Putinlə görüşüb. Mətbuat xidmətinin məlumatına görə, Putin Şimali Koreyanın xarici işlər nazirindən Şimali Koreya lideri Kim Çen Ina ən xoş arzularını çatdırmağı xahiş edib. Putin Moskva ilə Pxenyan arasında münasibətlərin vəziyyətini “hər şey plan üzrə gedir” ifadəsi ilə qiymətləndirib.