Вернуться назад Распечатать

Oğlu Şahnaz Haşımovanın səhhətindən danışdı

Xəbər verdiyimiz kimi, Xalq artisti Şahnaz Haşımova xəstəxanaya yerləşdirilib.

Sənətçinin oğlu Tural Abdullayev Axşam.az-a açıqlamasında anasının səhhətindən danışıb. O bildirib ki, Ş.Haşımovanın əməliyyatı uğurlu keçib:

"Narkozdan ayıldı və dedi ki, yaxşıdır. Hələ həkim nəzarətindədir, evə buraxılmayıb. Bir neçə gün xəstəxanada qalmalıdır. Anamın əvvəl də səhhətində problem yaranmışdı. İndi başqa bir problemə görə əməliyyat olundu".