Вернуться назад Распечатать

İsraildə fövqəladə vəziyyət ləğv edildi

İsrailin müdafiə naziri İsrael Kats iki ildən sonra ilk dəfə ölkənin cənubunda fövqəladə vəziyyətin ləğv olunduğunu elan edib.

Bu barədə 1xeber.media-a "The Times of Israel"ə istinadən xəbər verir.

Nazir qeyd edib ki, qərar İsrailin cənubundakı yeni təhlükəsizlik reallığını əks etdirir. O əlavə edib ki, buna İsrail qoşunlarının son iki ildə HƏMAS-a qarşı qətiyyətli hərəkətləri sayəsində nail olunub.

Xatırladaq ki, 7 oktyabr 2023-cü ildə HƏMAS-ın İsrailə hücumundan sonra ölkə hökuməti fövqəladə vəziyyət elan edib. Sonradan fövqəladə vəziyyət yalnız İsrailin cənubu ilə məhdudlaşdırılıb.

Bu il oktyabrın 8-də ABŞ Prezidenti Donald Tramp İsrail və HƏMAS-ın razılığa gəldiyini elan edib.