Xəbər verildiyi kimi, bu gün Prezident Administrasiyasının və Milli Elmlər Akademiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin Azərbaycanda dövlət çevrilişi həyata keçirmək istəməsi və bununla bağlı Rusiyanın müəyyən strukturlarının rəhbərlərinə məktub göndərməsi yayılıb.
Sözügedən məktubun mediada tirajlanan mətnində hakimiyyətin 3 qolunun fəaliyyətinə - qanunvericilik, icra, məhkəmə - nəzarəti cəmiyyətdə nüfuza malik olan 50 üzvdən - təcrübəli dövlət məmurları, iqtisadçılar, hüquqşünaslar, elm və mədəniyyət xadimlərindən ibarət Dövlət Şurasının həyata keçirəcəyi qeyd edilir.
"Dövlət Şurası" üzvlərinin ümumxalq səsverməsi nəticəsində formalaşdırılması və "qurum"a Dövlət Şurası sədrinin rəhbərlik edəcəyi iddia edilir.
Teleqraf mənbələrə istinadən xəbər verir ki, R.Mehdiyevin məktubunda sözügedən 50 nəfərlik "Dövlət Şurası üzvləri" arasında tanınmış müxalifət partiyalarının nümayəndələri, eyni zamanda, AXCP və Müsavat partiyalarının rəhbərliyində təmsil olunan şəxslərin adları da var. Teleqraf İnformasiya Agentliyi həmin siyahını dəqiqləşdirməyə çalışır.musavat.com
Yaxın vaxtlarda siyahı təqdim olunacaq...