ABŞ Prezidenti Donald Tramp Qazaxıstan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistanın liderlərini noyabrın 6-da Vaşinqtonda keçiriləcək “Mərkəzi Asiya-ABŞ” (“C5+1”) formatlı sammitə dəvət edib.
1xeber.media bu barədə xarici mətbuata istinadən xəbər verir.
Bu, “C5+1” formatında keçiriləcək ikinci sammit olacaq. İlk görüş 2023-cü ildə BMT Baş Assambleyasının kuluarlarında, ABŞ-ın o zamankı prezidenti Co Baydenin dövründə Nyu-Yorkda baş tutmuşdu.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev artıq Trampa “səmimi minnətdarlığını” ifadə edən məktub göndərib. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Qırğızıstan Prezidenti Sadir Japarov da sammitdə iştiraklarını təsdiqləyiblər.