Вернуться назад Распечатать

Rəisin işdən qovulmasının ŞOK TƏFƏRRÜATI

İmişli Rayon Ağsaqqallar Şurasının sabiq sədri Saleh Səmədovun ikinci oğlunun da vəzifəsindən uzaqlaşdırılması  barədə məlumat vermişdik.Beş ay əvvəl Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilən  Saleh Səmədovun oğlu  işdən niyə çıxarılıb?

1xeber.media xəbər verir ki,Oxu24.com məsələ ilə bağlı  özəl məlumatlar əldə edib.Məsələdən bilgili olan mənbənin  saytımıza verdiyi  məlumata görə, Şabranda yerləşən 3 saylı məntəqə tipli cəzaçəkmə müəssisəsinin rəisi  Toğrul Səmədovla  bağlı  qərarı  şəxsən  ədliyyə naziri  Fərid Əhmədov özü  verib.

Məlumata görə,ədliyyə naziri  Fərid  Əhmədov  cəzaçəkmə  müəssisələrinə baş çəkən  zaman qarşılaşdığı  mənzərədən sonra  bu  addımı  atıb. Belə ki, Toğrul Səmədov  iş  yerində  özü  üçün  xüsusi  dəbdəbəli  malikanə  yaradıbmış.Tikintidə xüsusu ilə bahalı materiallardan istifadə olunduğu  deyilir.“Toğrul  Səmədovun  otağındakı mebellər xaricdən,baha qiymətə alınmışdı.O,buraya xeyli miqdarda pul xərcləmişdi...”,deyə

mənbə  bildirib.

Mənbənin verdiyi  məlumata  görə,ədliyyə naziri  Fərid  Əhmədov  bu mənzərəni gördükdən sonra  Toğrul  Səmədovun  fəaliyyətini   yoxlamağa tapşırıq verib.Yoxlamalar  nəticəsində rəisin işində ciddi nöqsanlar aşkarlanıb. Bununla da Saleh Səmədovun ikinci oğlu da rəis vəzifəsini itirib.Mənbənin verdiyi  digər məlumata görə,Toğrul Səmədəv Ədliyyə sistemindən də xaric  olunub.

"Onu sərəncama götürməyiblər,ümumiyyətlə Ədliyyə sistemindən xaric ediblər",-deyə mənbə bildirib.

Mənbə onu da qeyd edib ki, Toğrul  Səmədəov  cəzaçəkmə  müəssisəni  şəxsi  obyekti  kimi  idərə  edirmiş.Məlumata  görə,cəzaçəkmə  müəssisəsinin həyətində  Toğrul  Səmədov  arpa əkdiribmiş.Bu məqsədlə O,55 ton arpa da alıbmış...

Qeyd edək ki,Saleh Səmədovun digər oğlu   Kamran Səmədov  bir müddət əvvəl  İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini vəzifəsini itirmişdi.