Вернуться назад Распечатать

İşdən qovulan generalın “krişa”lığını Ramiz Mehdiyev edib...

Bir neçə gün öncə  Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə general-mayor İlqar Rza oğlu Abbasov Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsindən azad edilib. 

Media  vəzifəsini itirən generalın olduqca qaba adam olduğunu,işçilərlə kobud rəftar etdiyini,hətta küçə söyüşləri səviyyəsində ifadələrə yol verdiyini yazır.

1xeber.media xəbər verir ki,Oxu24.com  saytı  işdən qovulan  general-mayorla bağlı ilginc məlumatlar əldə edib.Sən demə,İ.Abbasovun da “krişa”lığını Ramiz Mehdiyev edirmiş.Məhz “dayısı”nın  adından pərvazlanan İ.Abbasov bu özbaşnalıqları edirmiş.

Mənbənin  verdiyi  məlumata görə,İlqar Abbasovun Prokurorluq və digər dövlət qurumlarında vəzifədən-vəzifəyə durmadan sıçrayışı xəyanətkar Ramiz Mehdiyevin çətiri altında olduğu üçün baş verirmiş.

Yetərincə dərin savada və biliyə malik olmayan, ilk ali təhsilini fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetində - testdən kənar yollarla qəbul olunmaqla alan İlqar Abbasov vəzifə başında özünü  məmura yaraşmayan formada aparırmış.

Tabeçiliyində olan şəxsləri söyüb,təhqir edir,qeyri-etik davranış sərgiləməklə aşağılayırmış.

Mənbə onun hegemonluğunun təkcə kabinetdə yox,kənarda da hökm sürdüyünü deyir.Hətta,işçilərin harada nahar etməsini də İlqar Abbasov təyin edirmiş.Bu fakt onun Prokurorluq orqanlarında çalışdığı vaxt daha çox özünü biruzə veribmiş.

R.Mehdiyevin əlaltısı kimi tanınan İlqar Abbasovun Bakı şəhərində və onun ətraf qəsəblərində çoxlusayda ticarət və iaşə obyektlərinin olduğu bildirilib.

Həmin obyektlərin İlqar Abbasovun qayınatasının  rəhbərliyi  ilə  idarə olunduğu  deyilir.

O,da bildirilir ki,İlqar Abbasov Baş Prokurorluq Yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində rəis müavini olarkən əməkdaşları özünə məxsus Ayna Sultanova heykəlinin ətrafında yerləşən “Qızılgül” restoranında   nahar etməyə sövq edirmiş...

Onu da qeyd  edək ki,İlqar Abbasov Prokurorluq orqanlarında müxtəlif vəzifələrdə çalışıb.

Onun Prokurorluqda sonuncu iş yeri Bakı şəhər prokuroru vəzifəsi olub.

Xatırladaq ki,İlqar Abbasov Bakı şəhər prokuroru vəzifəsində olarkən Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin İstintaq şöbəsinin böyük prokuroru Azad Fətullayevi özünə   köməkçi  gətirmişdi.

İlqar Abbasovun  hüquqi savadı yetərincə olmadığ üçün  Azad Fətullayev onun bu və digər  işlərinin icraçısı olub.

Lakin,İlqar Abbasov Bakı şəhər prokuroru olarkən də,tabeçiliyində olan şəxslərlə qeyri-etik münasibət sərgilədiyi üçün A.Fətullayev onunla işləməkdən imtina edibmiş.

Məlumat üçün qeyd edək ki,05 avqust 2014-cü ildə İlqar Abbasova III dərəcəli dövlət ədliyyə müşaviri (ədliyyə general-mayoru) ali xüsusi rütbəsi verilib. 28.09.2018-ci il tarixində “Vətənə xidmətə görə” III dərəcəli ordenlə təltif olunub.

15 iyul 2022-ci ildə Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəisi vəzifəsinə təyin olunub və ona general-mayor ali hərbi rütbəsi verilib.