Ukrayna Təhlükəsizlik Xidməti (SBU) müğənni Filipp Kirkorovu Krım Respublikası və Donetsk Xalq Respublikasında (DXR) çıxış etdiyinə görə qiyabi ittiham edib.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 28-də ölkənin Baş Prokurorluğu məlumat yayıb.
Sənətçi “Ukraynaya giriş qaydalarını dəfələrlə pozmaqda” ittiham olunur.
Yayımlanan məlumata görə, Kirkorov Ukraynanın bir hissəsi hesab edilən ərazilərdə keçirilən tədbirlərdə iştirak edib. Bundan başqa, müğənni 18 mart 2021-ci ildə Moskvanın Lujniki stadionunda keçirilən mitinq və konsertdə Krımın Rusiyaya birləşməsini dəstəkləyib.