Litva öz ərazisindən Kalininqrad vilayətinə tranzit bağlamaq hüququnu özündə saxlayır.
1xeber.media xəbər verir ki, bu barədə oktyabrın 28-də Litvanın xarici işlər naziri Kestutis Budris LRT radiosunun efirində məlumat verib.
“Təhlükəsizliyi təmin etmək üçün lazım gələrsə, Kalininqrad tranzitini bağlamaq hüququmuzu özümüzdə saxlayırıq.
Budris qeyd edib ki, belə bir qərar Rusiya tərəfinin müəyyən hərəkətləri nəticəsində verilə bilər. O, həmçinin tranzitin tamamilə bağlanacağını da istisna etməyib.