Вернуться назад Распечатать

Bakıda sərnişin avtobusu yanaraq kül oldu

 Xəzər rayonu, Binə qəsəbəsində sərnişin avtobusu yanıb.

1xeber.media  Oxu.az-a istinadla xəbər verir ki, hadisə bu gün səhər saatlarında 160 nömrəli marşrut xətti üzrə hərəkət edən avtobusda baş verib.
Hazırda yanğının yaranma səbəbləri və xəsarət alanların olub-olmaması barədə məlumat açıqlanmayıb.
Məsələ ilə bağlı müvafiq qurumlara sorğu göndərilib.