Вернуться назад Распечатать

Mehdiyevin əlində kimlər haqqında biabırçı faktlar var?

Ramiz Mehdiyevin yetirmələri bu gün qorxularından susurlar.
Çünki bilirlər ki, özləri haqqında R.Mehdiyevin arxivində kifayət qədər biabırçı faktlar var.

1xeber.media  xəbər verir ki, bu barədə hüquqşünas Aslan İsmayılov bildirib. O qeyd edib ki, bu gün R.Mehdiyev sayəsində vəzifə tutub var-dövlət sahibi olanların əksəriyyəti ölkədə olan ən əxlaqsız, tərbiyəsiz, həyasız adamlardır:

“Bu gün əksəriyyət Ramiz Mehdiyev dəstəsinin Azərbaycana vurduğu ziyandan yazıb onların oğurladıqları sərvətləri paylaşırlar. Bunlar hamısı bu murdar dəstənin Vətənimizə vurduqları ziyanın cüzi bir hissəsidir.

Bunlar Azərbaycan xalqının əxlaqının, mənəviyyətinin, mədəniyyətinin pozulması, məhv edilməsi üçün əllərindən gələni etdilər və çox şeyə də nail oldular.

Elə son günlər R.Mehdiyev kadrlarının əxlaqını nümayiş etdirən bir neçə epizodla tanış olduq. Bu da cüzi bir hissədir. Bu gün Azərbaycanda R.Mehdiyev sayəsində vəzifə tutub var-dövlət sahibi olanların əksəriyyəti ölkədə olan ən əxlaqsız, tərbiyəsiz, həyasız adamlardır. Ölkədə əxlaq, mənəviyyat, mədəniyyət sahibi, xüsusilə Vətəninə sadiq olanların hamısını bu murdar dəstə məhv etdi, sıradan çıxartdı, həyatlarını cəhənnəmə döndərdilər.

Bu gün R.Mehdiyevin yetirmələri olanlar və hələ də susanlar (təəccüblənməyin, bunların toxumu elədir ki, özlərini xilas etmək üçün dədələrinin də üzünə durarlar) qorxularından susurlar, çünki bunların kimliyi haqqında R.Mehdiyevin arxivində kifayət qədər biabırçı faktlar olduğunu bilirlər”.