Вернуться назад Распечатать

YAP-çı deputat Kəramət Böyükçölün videosunu paylaşdı - QALMAQAL

Milli Məclisin daha bir deputatının sosial şəbəkə paylaşımı qalmaqal yaradıb.

1xeber.media Demokrat.az-a istinadla  xəbər verir ki, YAP-çı deputat Aydın Hüseynov yazıçı Kəramət Böyükçölün Milli Məclisi tənqid edən fikirlərini bəyənərək, paylaşım edib. Deputatın bu hərəkəti isə birmənalı qarşılanmayıb.

Xatırladaq ki, bir neçə gün öncə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Facebook hesabında jurnalist Rahim Hacıyevin AXCP sədri Əli Kərimli haqda yazdığı qısa məqaləni paylaşıb. Sözügedən məqaləni Yeni Azərbaycan Partiyasının (YAP) üzvü, 55 saylı Siyəzən - Quba - Xızı seçki dairəsindən deputat seçilmiş Müşfiq Məmmədli də bəyənib.əbər verdiyimiz kimi, YAP-çı deputat Aydın Hüseynov yazıçı Kəramət Böyükçölün Milli Məclisi tənqid edən fikirlərini bəyənərək, paylaşım edib. Deputatın bu hərəkəti isə birmənalı qarşılanmayıb. 

Aydın Hüseynov sayta açıqlamasında məsələyə belə reaksiya verib:

"Telefonum qardaşım oğlunda olub, texniki səhvdir, rəsmi paylaşılan bir şey deyil. Burada gündəm olunası heçnə yoxdur".