Вернуться назад Распечатать

"Sədərək" və otellərdə ƏDV FIRILDAĞI - 7 milyon "yedilər"

Bakı Ağır Cinayətlər Məhkəməsində Samil Kamil oğlu, Fərəhim Səfərov və Yelena Kudinovanın cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

1xeber.media Lent.az-a istinadla  xəbər verir ki, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda zərərçəkən Maliyyə Nazirliyinin hüquqlarını müdafiə edən vəkil dəymiş zərərin 250.000 deyil, 4 milyon manat olduğunu deyib. O, eyni zamanda vəsatət qaldıraraq, mühasibatlıq ekspertizasının təyin olunmasını məhkəmədən xahiş edib.

Məhkəmə mütəxəssisin məhkəməyə dəvət ediləcəyi ilə bağlı qərar qəbul edərək, növbəti prosesin 5 noyabr, saat 12:00-a təyin olunduğunu açıqlayıb.

Xatırladaq ki, təqsirləndirilən şəxslər 7 milyon manatdan çox vəsait dələduzluq yolu ilə ələ keçiriblər. Onlar mehmanxanalar, "Sədərək" ticarət mərkəzi, digər iaşə obyektlərində ƏDV-ləri qanunsuz olaraq leqallaşdırıblar. İstintaq sənədlərinə görə, təqsirləndirilən şəxslər müxtəlif şirkətlərdə işləyiblər.

Onların hər biri Cinayət Məcəlləsinin 178.4-cü (xüsusi ilə külli miqdarda ziyan vurma) maddəsi ilə təqsirli bilinirlər. Bundan əlavə, Samil Kamilli əlavə olaraq Cinayət Məcəlləsinin 193-1.2.3-cü (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə) maddəsi ilə də ittiham verilib.