Вернуться назад Распечатать

Badamdarda çən partladı, küçələri su basdı - Video

Paytaxtın Badamdar qəsəbəsi ərazisində çən partlayıb, yolu su basıb.

1xeber.media xəbər verir ki, “Məktəbli” küçəsi ərazisində sakinlər üçün nəzərdə tutulan içməli su çəni partlayıb.

Nəticədə yolu su basıb, nəqliyyatın və piyadaların hərəkəti çətinləşib.