Вернуться назад Распечатать

Yaponiyanın baş naziri Trampın Rusiyadan enerji idxalına qadağa qoyulması tələbini rədd edib.

1xeber.media xəbər verir ki, Yaponiyanın baş naziri Sanae Takaiçi ABŞ prezidenti Donald Trampın Rusiyadan enerji idxalına qadağa qoyulması tələbini rədd edib.

“Tokioda keçirilən görüş zamanı Sanae Takaichi ABŞ prezidenti Donald Trampa Rusiyadan maye qaz idxalına qadağa qoyulmasının çətin olacağını deyib”, - deyə məlumatda bildirilir.

Məlumata görə, məsələ liderlər arasında ikitərəfli görüş zamanı qaldırılıb. Takaichi Trampa ölkə üçün davamlı enerji alışının vacibliyini izah etməyə çalışıb.