Вернуться назад Распечатать

Ölkədə küləkli və yağıntılı hava müşahidə olunur - FAKTİKİ HAVA

Oktyabrın 29-u saat 19:00-a olan məlumatına əsasən əvvəlcədən xəbər verildiyi kimi ölkə ərazisinin bəzi yerlərində küləkli və yağıntılı hava şəraiti müşahidə olunur.

1xeber.media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bir sıra ərazilərdə şimal-qərb küləyi əsir. Küləyin maksimal sürəti arabir Bakıda və Abşeron yarımadasında 19, Goranboyda 27, Naftalanda 24, Tovuz, Gəncədə 20, Mingəçevirdə 19, Şəkim/s Bərdədə 18, Zəngilan və Kəlbəcərdə 17, Şəmkirdə 16 m/s-dək güclənir.

Zaqatala, Balakən, Gədəbəy, Xaçmaz, Qubada arabir yağış yağır.