Dövlət Gömrük Komitəsi ötən gün yeni tenderinin nəticəsini açıqlayıb.
1xeber.media Tribunainfo.az -a istinadla xəbər verir ki, komitə elektrik generatorlarının satın alınması prosesini yekunlaşdırıb. Belə ki, dövlət qurumu “ARAZNET” MMC ilə satınalma müqaviləsi bağlayıb və bunun üçün 507 min 651 manat pul ödəyəcək. Açıq mənbələrdə qeyd edilir ki, DGK toplam 4 ədədə generator alacaq. Yəni, generatorların hər birinin ortalama qiyməti 126 min manat təşkil edəcək.
Qarşı tərəfi dinləməyə hazırıq.