Вернуться назад Распечатать

Rusiyada itkin düşən azərbaycanlı iş adamı ölü tapıldı - FOTO

Sverdlovsk vilayətində itkin düşən azərbaycanlı iş adamı İlqar Xanədanovun meyiti tapılıb.

1xeber.media Rusiya mətbuatına istinadən xəbər verir ki, 49 yaşlı iş adamı oktyabrın 24-də Zareçnıda yoxa çıxıb. Beş günlük axtarışdan sonra onun meyiti meşədə tapılıb. 

Hüquq-mühafizə orqanlarının məlumatına görə, İlqar Xanədanov qətlə yetirilib. Onun kim və ya kimlər tərəfindən öldürüldüyü hələlik məlum deyil. Araşdırmalar davam edir.

Bildirilir ki, mərhumun ailəsinə məlumat verilib.  İş adamının xanımı Rusiya KİV-ə açıqlamasında qeyd edib ki,  dəfn mərasimi Zareçnıda olacaq, bundan sonra cənazə Azərbaycana aparılacaq. 

"Həyat yoldaşım vətənində dəfn olunacaq", - o, əlavə edib.