Sumqayıtda baş verən zəncirvari yol-nəqliyyat hadisəsi zamanı 4 avtomobil toqquşub.
1xeber.media xəbər verir ki, hadisə şəhərin Polad Həşimov küçəsində qeydə alınıb.
Məlumata görə, hərəkətdə olan "Lənd Rover" markalı avtomobil idarəetməni itirərək yoldan çıxıb və kənarda dayanan "Şanqan", VAZ-2106 və "Hunday" markalı avtomobillərə çırpılıb.
Zərbənin təsirindən "Lənd Rover" aşıb, avtomobillərə ciddi ziyan dəyib.
Qəza nəticəsində xəsarət alanlarla bağlı məlumat dəqiqləşdirilir.