Ötən gündən Türkiyə mediasında dövlət bayrağını yerə düşməyə qoymaması ilə gündəm olan süpürgəçi mükafatlandırılıb.
1xeber.media Türkiyə mətbuatına istinadən xəbər verir ki, Düzcə Bələdiyyəsi tərəfindən Cümhuriyyət Günü münasibətilə təşkil olunan sosial eksperimentdən üzüağ çıxan Rukiyə Tuna adlı qadına xüsusi təşəkkür olunub.
Belə ki, bələdiyyə başçısı Faruk Özlü həyat yoldaşı ilə birgə onu iş başında ziyarət edib. Tunaya Türkiyə bayrağının yerə düşməməsi üçün göstərdiyi həssaslığa görə aylıq maaşı qədər əlavə mükafat verilib həmçinin dövlət bayrağı təqdim olunub.
O isə “Mənə bayraq bəsdir” sözləri ilə bayrağa olan sevgisini bir daha göstərib. Eyni zamanda həmin videodakı kimi əvvəlcə əlcəklərini çıxarıb, daha sonra bayrağı öpərək “Bunu nəvəm üçün cehizinə qoyacağam. Allah sizdən razı olsun”, - deyib.