Вернуться назад Распечатать

ABŞ Venesuelaya "Tomahavk"la zərbə endirə bilər - Fili

Vaşinqton Venesuela Prezidenti Nikolas Maduroya təzyiqi artırmaq üçün ölkəyə "Tomahavk" qanadlı raketləri ata bilər.

1xeber.media xəbər verir ki, bu barədə ABŞ-ın Panamadakı keçmiş səfiri Con Fili deyib.

"Venesuela yaxınlığındakı ABŞ qüvvələri Cənubi Amerika ölkəsindəki hədəflərə "Tomahawk" qanadlı raketləri ata bilər", - deyə o iddia edib.

Bununla belə, ABŞ Hərbi Dəniz Qüvvələrinin istefada olan vitse-admiralı Co Sestak isə bildirib ki, ABŞ Prezidenti Donald Tramp, çox güman ki, Venesuelada qoşunların iştirakı ilə yerüstü əməliyyatlardan çəkinəcək.

Qeyd edək ki, ABŞ-ın ordu qüvvələri Venesuela sahillərində narkokartellərə qarşı əməliyyatlar keçirir.