 Balakən icra başçısının həbsindən sonra nəzərlər Zaqatala İcra Hakimiyyətinə yönəlib.
 Balakən icra başçısının həbsindən sonra nəzərlər Zaqatala İcra Hakimiyyətinə yönəlib.
1xeber.media Tribunainfo-ya istinadla xəbər verir ki, bu rayonda da əməliyyat keçiriləcəyi istisna deyil.
Zaqatalanın icra başçısı Mübariz Əhmədzadədir. O, Azərbaycan Meliorasiya və Su Təsərrüfatının keçmiş rəhbəri Əhməd Əhmədzadənin qardaşıdır.
Mübariz Əhmədzadə uzun müddətdir ki, Zaqatala rayonuna rəhbərlik edir. Bu illər ərzində hektarlarla torpaq mənimsəyib, fındıq bağlarından tutmuş təsərrüfatlara qədər böyük ərazilərdə özünə biznes qurub. Ümumiyyətlə Zaqatalada, həmçinin də Qaxda Əhmədzadənin böyük biznesi var.
Yeri gəlmişken, bu ilin yayında Qaxın icra başçısı Musa Şəkiliyev də həbs olunub. Qax və Balakəndən sonra növbənin Zaqataya çatacağı gözlənilir. Bununla da Əhmədzadələrin sözügedən regionda hökmranlığına son qoyula bilər.