Вернуться назад Распечатать

Elton Məmmədov mənimsədiyi 3 miyon vasitəsilə nələr qazanıb?

Ramiz Mehdiyevin adamı olduğu deyilən Elton Məmmədov mənimsədiyi 3 mln. manatı banklara illik 8-9%-lə (indi 10% də var) depozitə qoysaydı, ilə 240-270 min, 3 ilə ortalama 700-750 min pul qazanardı.

1xeber.media xəbər verir ki,Tribuna-ın məlumatına görə, bu barədə iqtisadçı Natiq Cəfərli bildirib. İqtisadçı E.Məmmədovun bu əməlini “yaxşı biznes” alandırıb:

“Mehdiyevin yaxın adamı olduğu iddia edilən Elton Məmmədov, deyilənə görə, AMEA-da işləyərkən 3 mln. manat mənimsəyib və rəsmi orqanlar ona xəbərdarlıq ediblər, o da pulu qaytarıb.
Nə gözəl, adam 3-4 əvvəl bu vəsaiti mənimsəyib, elə deyil? Əgər 3 mln. manatı banklara illik 8-9%-lə (indi 10% də var) depozitə qoysaydı, ilə 240-270 min, 3 ilə ortalama 700-750 min pul qazanardı, düz demirəm?
Yaxşı biznesdir, 3 mln. manat oğurla qoy banka, 3 il depozitini götür, sonra qaytar, sonda da sənə ancaq xəbərbarlıq etsinlər”