
"Prezident Administrasiyasının keçmiş rəhbəri, akademik Ramiz Mehdiyevin Müsavat Partiyasına xüsusi sevgisi var idi".
1xeber.media SAVASHMEDİA.az-a istinadla xəbər verir ki, bu sözləri hakim Yeni Azərbaycan Partiyasının rəsmi mətbuat orqanı olan “Yeni Azərbaycan” qəzetinin baş redaktoru, keçmiş deputat Alqış Həsənoğlu deyib.
Baş redaktorun sözlərinə görə, Ramiz Mehdiyev 2003-cü ildə Müsavat Partiyasının qərargahının şəhərin mərkəzindən Binəqədi rayonu ərazisinə köçürülməsinin qarşısını almağa çalışırmış:
“Ramiz Mehdiyevin Musavat Partiyasına da xüsusi sevgisi vardı... 2003-cü ildə Müsavat partiyası şəhərin mərkəzindəki (Zərifə Əliyeva prospekti -37 , Şəhriyar klubunun yanı) qərargahından Binəqədi rayonunun Dərnəgül qəsəbəsinə köçürülərkən Mehdiyev çox məyus olmuşdu. Mane olmağa çalışdı. Amma bacarmadı”, - o, sosial şəbəkə hesabında yazıb.