ABŞ prezidenti Donald Trampın MAGA (Amerikanı Yenidən Möhtəşəm Et) tərəfdarları arasında Ukraynaya və onun prezidenti Vladimir Zelenskiyə qarşı antipatiya artmaqdadır.
1xeber.media xəbər verir ki, bunu Nyu-Yorkda keçirilən Xarici Əlaqələr Şurasının forumunda ABŞ nümayəndəsi Adam Smit deyib.
Onun sözlərinə görə, birinci problem o idi ki, Tramp tərəfdarları Zelenskinin ABŞ-ın hazırkı prezidentinin xahişi ilə keçmiş prezident Co Baydenə “çirk salmaqdan” imtina etməsindən narazı idilər. Bu, çoxsaylı sui-qəsd nəzəriyyələrinin yaranmasına və Trampın prezidentliyə qayıtmasından sonra Kiyevə kömək etmək istəməməsinə səbəb olub.
İkinci problem kimi konqresmen Rusiya prezidenti Vladimir Putinə rəğbətin artmasını göstərib. "İkinci problem odur ki, bəzi respublikaçılar, Liz Çeyninin düzgün qeyd etdiyi kimi, partiyanın "Putin qanadını" təşkil edirlər... MAGA-da bəziləri onu müttəfiq kimi görür", - Smit bildirib.
Daha əvvəl Trampın Ukraynanı dəstəkləməklə bağlı mövqeyinə yenidən baxdığı bildirilirdi. Bu, onun Avropadakı müttəfiqlərinin narahatlığına səbəb olub.