1xeber.media xəbər verir ki, Venesuela prezidenti Nikolas Maduro ABŞ-dan gələn təhdidlərə görə rusiyalı həmkarı Vladimir Putindən kömək istəyib, The Washington Post (WP) məxfi sənədlərə istinadən yazır.
Sənədlərə görə, Maduro Rusiyadan raketlər, radarlar və təkmilləşdirilmiş təyyarələr istəyib. Rusiya liderinə məktub ABŞ qüvvələrinin Karib dənizi regionunda cəmləşməsi ilə bağlı göndərilib.
Nəşrin məlumatına görə, Venesuela lideri yardım üçün Çin və İrana da müraciət edərək, ölkəsinin hərbi yardım və texnikaya ehtiyacı olduğunu qeyd edib. Konkret olaraq, Çin prezidenti Si Cinpinə “genişləndirilmiş hərbi əməkdaşlıq” tələbi ilə məktub göndərilib.
Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Venesuela ərazisinə raket zərbələri endirmək niyyətində olmadığını bəyan edib. Lakin bundan əvvəl ABŞ-ın planlaşdırılan zərbələr üçün hədəfləri müəyyən etdiyi bildirilirdi.