Вернуться назад Распечатать

Xəzərdə köməksiz qalan balıqçılar xilas edildi - Video

Xəzər rayonu Buzovna qəsəbəsi ərazisində dənizdə vətəndaşlar köməksiz vəziyyətdə qalıblar.

1xeber.media FHN-ə istinadən xəbər verir ki, qurumun “112” qaynar telefon xəttinə bu barədə məlumat daxil olub.

Dərhal hadisə yerinə nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin “Zuğulba” dalğıc-axtarış qrupu cəlb edilib.

Həyata keçirilən operativ xilasetmə əməliyyatı sayəsində sahildən təxminən 500 metr məsafədə dənizdə qayalıq ərazidə köməksiz vəziyyətdə qalan balıqçılar - 1985-ci il təvəllüdlü Azər Elxan oğlu Məmmədov, 1990-cı il təvəllüdlü Namiq Şükür oğlu Həsənov və 1985-cı il təvəllüdlü Cəmaləddin Nuhin oğlu Cəfərov sahilə çıxarılaraq xilas ediliblər.