Bu gündən Ermənistanın viza möhürlərindən Ağrı dağının təsviri çıxarılıb.
1xeber.media xəbər verir ki, yeni möhür şablonu Ermənistan Nazirlər Kabinetinin sentyabrın 11-də keçirilən iclasında qəbul edilmiş qərarda təsbit edilib.
Qaydalar bu gündən qüvvəyə minib.
Beləliklə, Ermənistana giriş-çıxış zamanı Ağrıdağ artıq sərhəd möhüründə təsvir olunmayacaq.