Вернуться назад Распечатать

Sumqayıtda avtomobil kanala düşdü

Sumqayıtda yol-nəqliyyat hadisəsi baş verib.

1xeber.media report-a  istinadla xəbər verir ki, "Toyota Kamri" markalı minik avtomobili idarəetmədən çıxaraq Samur-Abşeron kanalının Sumqayıtdan keçən hissəsinə düşüb.

Hadisə nəticəsində xəsarət alanların olduğu bildirilir. Yaralılar dərhal Sumqayıt Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıblar.

Faktla bağlı araşdırma aparılır.